6 ölü, 10 yaralı - DİN

6 ölü, 10 yaralı - DİN
  10 Dekabr 2014    Oxunub:1439
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti