Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq
  08 Dekabr 2014    Oxunub:1621
II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının bəzi hissələrinə içməli su fasilələrlə veriləcək.
AzVision.az xəbər verir ki, “Azərsu” ASC bununla bağlı abunəçilərə xəbərdarlıq edib.

Bildirilir ki, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azəerneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 8-9 dekabr tarixlərində məhdudiyyətlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Teqlər:





Xəbər lenti