Cəlilabadda ağır qəza: ata və oğul yaralandı

Cəlilabadda ağır qəza: ata və oğul yaralandı
  29 Noyabr 2014    Oxunub:1299
Cəlilabadda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Hadisə gecə saatlarında rayonun Abışabad kəndi ərazisində qeydə alınıb.

Rayonun Türkelli kənd sakini Ruslan Xudiyevin idarə etdiyi BMW markalı, 90 BF 834 dövlət nömrə nişanlı minik avtomobili rayonun Edişə kənd sakini, 31 yaşlı Aqil Ağayevin idarə etdiyi “VAZ-2107” markalı, 90 HA 163 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.

Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb.

Sürücülər xəsarət almasalar da, “VAZ-2107”-nin sərnişinləri, 57 yaşlı Elyas Ağayev və onun 17 yaşlı oğlu Aqşin Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hər iki şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb. Aqşin Ağazadənin vəziyyəti ağırlaşdığından o, paytaxt xəstəxanalarından birinə yola salınıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti