Qayınanasının evində özünü asdı

Qayınanasının evində özünü asdı
  07 May 2013    Oxunub:1407
Xaçmazda bir nəfər intihar edib.
Dünən saat 14.35 radələrində, Xaçmaz rayon polis şöbəsinə daxil olan məlumata görə, 50 yaşlı Camayev Fayiq Camo oğlu qaynanası Manafova Bənzər Behbud qızının adına olan həyət evində tavandakı taxta dirəkdən özünü kəndir ilə asaraq intihar edib.

Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Meyitin xarici müayinəsi zamanı Fayiq Camayevin meyitində özünü asmaya xarakterik stranqulyasiya şırımından əlavə digər xəsarət və ya onun izi aşkar edilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti