Bu yay yandıracaq

Bu yay yandıracaq
  07 May 2013    Oxunub:1592
Yayda havanın temperaturu iqlim normasından yüksək olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, may, iyun və iyul aylarında yağıntının miqdarı iqlim normasına yaxın olacaq. Departamentdən bildirilib ki, Azərbaycanda adətən, yay mövsümündə iyul və avqust ayları isti keçir. Bu il həmin ayların ayrı-ayrı günlərində temperaturun yüksək olacağı istisna edilmir.

2013-cü ilin yay ayları üçün proqnoz Ümumdünya Meteorologiya Təşkilatının 5 regional mərkəzində, eyni zamanda Şimali Avrasiya İqlim Mərkəzi və Cənub-Şərqi Avropa Ölkələrinin İqlim Dəyişmələri Mərkəzində hazırlanır. Mövsümi proqnozlar çoxsaylı rəqəmli, dinamik və statistik modellər arasında seçilmiş daha uyğun modelin əsasında tərtib olunur.

ECMWF-Avropa ortamüddətli proqnozlar Mərkəzinin proqnozlarına əsasən, Azərbaycanda may, iyun və iyul aylarında havanın temperaturu normadan 0,5-1 dərəcə yuxarı olacaq. Yağıntının isə normadan aşağı olacağı gözlənilir.

EUROSİP (ECMWF (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi, Meteo France (Fransa) və Meteo UK (Böyük Britaniya) Meteoroloji mərkəzlərinin konsorsiumu-3 modelin birləşməsi) tərəfindən verilmiş proqnozlara əsasən, Azərbaycanda havanın temperaturu normadan 60-70% yuxarı olacaq.

ABŞ-ın (İRİ-İnternational Research İnstitute) Beynəlxalq Elmi -Tədqiqat İnstitutunun proqnozlarına əsasən, Azərbaycanda havanın temperaturu normadan 50-60% yuxarı, yağıntı norma daxilində olacaq. ECO-İran Meteorologiya Mərkəzinin məlumatına əsasən, Azərbaycanda yağıntı normaya yaxın, temperatur norma daxilində və normadan bir qədər yüksək olacaq.

SEECOF-Cənubi-Şərqi Avropa və Cənub Qafqaz ölkələrinin Forumunun proqnozlarına görə, Azərbaycanda yaxın 3 ay ərzində temperaturun normaya yaxın, bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir. "Rushidromet"in verdiyi proqnoza əsasən, Azərbaycanda temperaturun normadan bir qədər yüksək, yağıntının isə normadan aşağı olacağı proqnozlaşdırılır.

"Rushidromet"in verdiyi proqnoza əsasən, Azərbaycanda temperaturun normadan bir qədər yüksək, yağıntının isə normadan aşağı olacağı proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti