`ASAN Könüllüləri`ndən şagirdlər üçün layihə - FOTOLAR

`ASAN Könüllüləri`ndən şagirdlər üçün layihə - FOTOLAR
  25 Noyabr 2014    Oxunub:1822
“ASAN Könüllüləri” Gənclər Təşkilatı ictimai birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 24 noyabr 2014-cü il tarixində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində “Öz Peşəni Özün Seç” layihəsinin təqdimat mərasimi baş tutub.

Layihənin əsas məqsədi yeniyetmələrə peşə seçimində köməklik göstərmək, seçəcəkləri peşə sahiblərinin peşəkarları ilə görüşdürmək, real iş ilə tanış etmək və onların arzuladıqları peşə ilə reallıqda olan peşə arasında oxşar və fərqli cəhətləri onlara çatdırmaqdır.

Layihə əsasən yeniyetmələr və xüsusi ilə də 7-9-cu sinif şagirdlərini əhatə edir. “İxtisas seçimimizi necə aparmalıyıq? Hansı peşə bizə ən uyğundur? İdeallarımız və xəyallarımız nədir? Nə üçün biz bu və ya digər peşəni seçirik? Peşə seçimində öz qabiliyyət və bacarığımızı nəzərə alırıqmı?” kimi suallara layihə boyunca yeniyetmələr cavab tapacaqlar.



Layihənin təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strateji araşdırmalar sektorunun müdiri, “Öz Peşəni Özün Seç” layihəsinin müəllifi, cənab Fariz Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri, cənab Orxan Ərəbov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri, xanım İndira Hacıyeva, həkim psixoterapevt, xanım Fəxriyyə Məmmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri, cənab Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri, cənab Anar Hüseynov, insan resursları üzrə ekspert, xanım Nərgiz Seyidzadə, “ADA” Universitetinin müəllimi Abbas Abbasov iştirak ediblər.





Teqlər:





Xəbər lenti