25 nəfər həbs edilib - Ötən gün

  24 Noyabr 2014    Oxunub : 752
25 nəfər həbs edilib - Ötən gün
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.

Teqlər: