Bakıda biabırçı vəziyyət Fotolar

Bakıda biabırçı vəziyyət Fotolar
  23 Noyabr 2014    Oxunub:2467
Bakıda ötən gün axşam saatlarından bəri yağan yağış şəhərin əksər küçələrində nəqliyyatın hərəkəti ilə yanaşı, piyadaların gediş-gəliş üçün də problemlər yaradıb.

Bakı metropoliteninin "Nizami" metrosunun qarşısında isə tragikomik mənzərə yaranıb.

Şəhər sakinləri yolu keçmək, lehməli gölməyə düşməmək üçün skamyadan "körpü" kimi istifadə etməyə çalışıblar.

Paytaxt küçələrini su basması tıxaca da səbəb olub. Sürücülər alternativ yollardan istifadə etməli olublar.

Qalereya




Teqlər:





Xəbər lenti