Deputatdan təklif: `5-10 min pul verilməlidir...`

Deputatdan təklif: `5-10 min pul verilməlidir...`
  22 Noyabr 2014    Oxunub:2494
“Hazırda yeni doğulan körpə üçün verilən birdəfəlik müavinətin məbləği 90 manatdır. Mən isə bir neçə dəfə hökumət qarşısında bu müavinətin qaldırılması ilə bağlı məsələ qaldırsam da, hələ bir nəticə əldə edilməyib”.
AzVision.az xəbər verir ki, bu barədə SalamNews-a açıqlama verən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bu məbləğ az olduğu üçün, yenidən artılaraq 100 manat olmalıdır.

Onun sözlərinə görə, Rusiyada, bəzi Avropa və Şərq ölkələrində olduğu kimi, doğulan bir körpə üçün bank hesabı açılmalı və hesaba 5-10 min manat məbləğində vəsait qoyulmalıdır:

“Bu gün Rusiyada ikinci və üçüncü uşaq üçün açılan bank hesabına 10 min ABŞ dollarına qədər vəsait yatırılır. Ancaq dövlət büdcəsinin bugünki vəziyyəti buna imkan vermədiyi üçün ölkədə buna oxşar variant yaradılmalıdır. Belə ki, yeni uşaq dünyada gələndə, onun üçün xeyli miqdarda müavinət ayrılsın ki, 5-6 yaş həddinə çatana qədər valideyn bundan istifadə edə bilsin. UNİCEF-in yeni hesabatında bildirilir ki, 0-6 yaş arası uşaqlara çəkilən xərclər daha çox olur”.

E.Axundova, uşaq doğulduqdan 1,5 və ya 3 yaşına qədər qulluğa görə analarla verilən müavinətlərin də çox aşağı olduğunu diqqətə çatıdırıb:

“Bu müavinətlər də yaşayış minimumu və ehtiyac meyarlarına çatdırılmalıdır. Əgər ehtiyac meyarı 103 manat götürülürsə, nəyə görə bu müavinətin məbləği 30 manat həcmində götürülür? Artıq neçə ildir ki, bu məbləğ artırılmır və bu məbləğin qaldırlmasının vaxtı çatıb. Düşünürəm ki, bu məsələ parlamentin noyabrın 28-də nəzərdə tutulmuş plenar iclasında təkrar müzakirəyə çıxarılacaq və ümumi nəticə əldə olunacaq”.


Teqlər:  





Xəbər lenti