38 nəfər həbs edilib - Ötən gün

38 nəfər həbs edilib - Ötən gün
  20 Noyabr 2014    Oxunub:1252
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.


Teqlər:





Xəbər lenti