Yenə yağış yağacaq

Yenə yağış yağacaq
  19 Noyabr 2014    Oxunub:1511
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimal olunur.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 19-da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti