Hüseyn Abdullayevin binası çökdü - FOTO

Hüseyn Abdullayevin binası çökdü - FOTO
  19 Noyabr 2014    Oxunub:2694
Almaniyaya mühacirət edən sabiq deputat Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yanında olan obyekti bu gün qəfildən uçub.

AzVision.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hadisə şahidləri veriblər. Onların sözlərinə görə, Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.

Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfldən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər.

Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov açıqlamasında faktı təsdiqləyib.

Yada salaq ki, daha çox “Quska” kimi tanınan Hüseyn Abdullayevin Bakıda 500-dən çox obyekti var.


Teqlər:





Xəbər lenti