Qalib tələbələr mükafatlandırıldı – FOTOLAR

Qalib tələbələr mükafatlandırıldı – FOTOLAR
  18 Noyabr 2014    Oxunub:3109
Bu gün Bakı Slavyan Universitetində “Heydər Əliyev və Azərbaycan tarixi” bilik viktorinasının qaliblərinin mükafatlandırılması mərasimi olub. Üç turdan ibarət viktorina noyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilmiş və orada ölkənin 44 ali məktəbindən 264 tələbə iştirak etmişdi.

Viktorinada birinci yeri Bakı Slavyan Universitetinin komandası tutub. Komandanın tərkibinə 7 tələbə daxildir: Fikrət Dolxanov, Rauf Babazadə, Sevinc Cabbarlı, Aynur İbrahimova, Aydan Nəzərli, Xumar Bağırzadə və Ülkər Əsmərova. Komandanın rəhbəri Zümrüd Məlikovadır.

Bu gün Slavyan Universitetinin rektoru Asif Hacıyev qalib komandanın üzvlərini mükafatlandırıb. “Azərbaycanın hər bir vətəndaşı ölkəsinin tarixi, Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatlı olmalıdır”,- deyən rektor tələbələrinin qələbəsilə fəxr etdiyini bildirib.

Qalereya




Teqlər:





Xəbər lenti