TQDK bu gündən imtahanlar keçirir

TQDK bu gündən imtahanlar keçirir
  06 May 2013    Oxunub:1299
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ölkənin daha 13 rayonunda ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilir.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, monitorinq imtahanları mayın 6-sı, 7-si və 8-i Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında aparılacaq.

İmtahanlarda 4386 XI sinif, 5935 V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulub.

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri bu gün Azərbaycan dilindən, mayın 7-də riyaziyyatdan, mayın 8-də isə fizika fənnindən imtahan verəcəklər.

Azərbaycan bölməsinin V sinif şagirdləri bu gün Azərbaycan dilindən, mayın 7-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 8-də rus dili fənnindən imtahan verəcəklər.



Teqlər:





Xəbər lenti