İrandan narkotika gətirənlər tutuldu – FOTOLAR

İrandan narkotika gətirənlər tutuldu – FOTOLAR
  18 Noyabr 2014    Oxunub:15210
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində müxtəlif tərkibli külli miqdarda narkotik maddələr dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş narkotik maddələrin satılacağı barədə polisə əməliyyat məlumatı daxil olub. Biləsuvar rayonu Amankənd kəndinin ərazisində keçirilən əməliyyat zamanı İran vətəndaşı, 38 yaşlı Həmid Qureyşi 6 kiloqrama yaxın tiryəki satmaq istəyərkən yaxalanıb.

Həmid Qureyşi ilkin ifadəsində bildirib ki, narkotik maddəni İran İslam Respublikasında bir nəfər tanışından alıb. Daha sonra isə başqa bir həmyerlisinə verərək qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirməyi tapşırıb. Tiryək Biləsuvar rayonu ərazisinə gətirilərək kimsəsiz ərazidə basdırılıb. Bundan sonra Həmid Qureyşi Biləsuvara gələrək narkotik maddəni basdırıldığı yerdən çıxarıb və satmaq üçün müştəri axtarıb.

Biləsuvar polisinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə həyata keçirdikləri digər əməliyyat nəticəsində isə Yardımlı rayonu ərazisində narkotik maddələrin satışının qarşısı alınıb. Bakı şəhər sakini, 34 yaşlı Əzməmməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb və onun əlindəki bağlamadan 1 kiloqram tiryək, 6 kiloqram həşiş qətranı aşkarlanaraq maddi sübut kimi götürülüb.

Əzməmməd Məmmədov ifadəsində bildirib ki, narkotik maddəni ona İranda tanış olduğu bir nəfər qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxs həşiş və tiryəki Yardımlı rayon Perimbel kəndində təhvil alıb. Lakin əməliyyatçılar onu dərhal yaxaladığından narkotik maddələri satmağa imkan tapmayıb.

Faktlarla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti