Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  18 Noyabr 2014    Oxunub:1383
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 19-u Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-10, gündüz 11-14 dərəcə olacaq.

Rayonlarda da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 4-9 dərəcə, gündüz 11-16 dərəcə, dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti