Bakıda kafe yandı

Bakıda kafe yandı
  18 Noyabr 2014    Oxunub:1278
Bakıda kafedə yanğın olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan kafenin taxtadan ibarət divar üzlüyü və stol-stul 15 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti