Dalğa qadının meyitini üzə çıxardı

Dalğa qadının meyitini üzə çıxardı
  18 Noyabr 2014    Oxunub:1588
Bakıda naməlum qadın meyiti tapılıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Bakı-Ələt magistralının kənarında baş verib. Dəniz sahilindən, yoldan təxminən 20 metr aralıda 25-30 yaşlı qadına məxsus meyit tapılıb. Məlum olub ki, dənizdə boğulan qadının meyitini dalğalar sahilə çıxarıb.

Ölən şəxsin kimliyi məlum deyil. Qadının bədbəxt hadisə nəticəsində ölməsi və ya intihar etməsi də bilinmir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti