Sərxoş kişi 6-ci mərtəbədən yıxıldı

Sərxoş kişi 6-ci mərtəbədən yıxıldı
  17 Noyabr 2014    Oxunub:1203
Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə noyabrın 16-da paytaxtın Xətai rayonunda qeydə alınıb.

Rayon sakini Nikolay Quzlayev yaşadığı evin 6-cı mərtəbəsindən yıxılaraq ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Nikolay Quzlayev sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti