Bakıya istilik verildi - amma problem var

Bakıya istilik verildi - amma problem var
  17 Noyabr 2014    Oxunub:2600
“Bəzi yerlərdə qazla bağlı problemlərimiz var və bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmişik”.
Bunu AzVision.az-a açıqlamasında “Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev deyib.

ASC rəsmisinin sözlərinə görə, qış rejiminə tam keçmək üçün bir neçə gün vaxt lazımdır:

“Bəzi yerlərdə texnoloji ardıcıllıq özü tələb edir ki, bir neçə gün gözləyək. Bəzi böyük rayonların qazanxanaları 250 yaxın binanı, bir neçə məktəbi, səhiyyə şöbəsini, bağça və bir neçə obyekti təmin edir. Həmin qazanxananın su dövriyyəsində 400 min tona yaxın su olur. Onun texnoloji qaydasında da göstərilir ki, ilk dəfədən o temperaturu yüksəltmək olmaz. Bunu tədricən etməlisən. Bunun üçün müəyyən zaman lazımdı. Qazla bağlı problemlərimiz də tam həll olunsa, yaxın günlərdə tam rejimə keçəcəyik”,-deyə R.Əliyev vurğulayıb.

Xatırladaq ki, həyata keçirilən tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir ki, onların da vasitəsilə 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti