Hacı Məmmədovun muncuq işi...

Hacı Məmmədovun muncuq işi...
  17 Noyabr 2014    Oxunub:18299
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov özünə yeni məşğuliyyət tapıb.
Bu barədə AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib.

O, bildirib ki, Hacı Məmmədov həbsxanada rəsm çəkməklə yanaşı, muncuqdan əşyalar hazırlamağa başlayıb:

“Hacı Məmmədovla görüşləmiz olur. Onun səhhətində də müəyyən problemlər olur. Bu yaxınlarda onu Ədliyyə Nazirliyinin Müalicə Mərkəzinə göndərmişdilər. Müayinə olunduqdan sonra yenidən öz yerinə qaytarılıb. Onun şəkəri və təzyiqi var. Daim həkim nəzarətindədir. Hazırda MTN-nin Təcridxanasında öz cəzasını çəkir. Əvvələr o şəkillər çəkirdi. İndi isə o, muncuqdan əşyalar düzəldir”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti