“Tarqovı”dakı ticarət mərkəzində -Cinayət

“Tarqovı”dakı ticarət mərkəzində -Cinayət
  16 Noyabr 2014    Oxunub:2188
Bakı şəhər Səbail rayonu ərazisindəki ticarət mərkəzlərindən birində oğurluq hadisəsi olub.
AzVision.az lent.az-a istinadən məlumat verir ki, rayon polis idarəsinə müraciət edən 1990-cı il təvəllüdlü Tağıyev Fərid Aydın oğlu Nizami küçəsi 59 ünvanında yerləşən “Nərgiz” ticarət mərkəzində telefonunun oğurlandığını deyib.

24 yaşlı oğlan bildirib ki, binanın ikinci mərtəbəsində yerləşən “Happyland” əyləncə mərkəzinə oyun aparatını düzəltmək üçün gəlib. F.Tağıyev işlə məşğul olarkən ona məxsus dəyəri 500 manat olan “Sony” markalı smartfon oğurlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti