Yol qəzası, ölənlər var

Yol qəzası, ölənlər var
  05 May 2013    Oxunub:1333
Sabunçu rayonunda “VAZ” və “MERCEDES” markalı 2 minik avtomobili toqquşub
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən AzVision.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “MERCEDES” markalı 2 minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MERCEDES” markalı minik avtomobilinin sürücüsü və sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış ”VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.. Tərəfimizdən ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülüb. Əməliyyat saat 19:37-də başa çatıb.



Teqlər:





Xəbər lenti