2 ölü, 5 yaralı, 32 həbs - Ötən gün

2 ölü, 5 yaralı, 32 həbs - Ötən gün
  14 Noyabr 2014    Oxunub:1287
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti