Tovuzda yanğın təlafatla nəticələndi

Tovuzda yanğın təlafatla nəticələndi
  08 Noyabr 2014    Oxunub:1181
Tovuz rayonu sakininin tövləsində yanğın baş verib.
AzVision.az-ın FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 20 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb, bu zaman tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yaxınlıqda olan ot tayaları və ev yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti