FHN 2 azyaşlını xilas etdi

FHN 2 azyaşlını xilas etdi
  07 Noyabr 2014    Oxunub:1433
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:01-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti