`51 nömrəli məktəbdə müəllim və 3 şagird zəhərlənib` - DİN

`51 nömrəli məktəbdə müəllim və 3 şagird zəhərlənib` - DİN
  07 Noyabr 2014    Oxunub:2675
Daxili İşlər Nazirliyi Səbail rayonu ərazisindəki 51 nömrəli orta məktəbin zirzəmisində baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 6-da saat 10 radələrində Səbail rayonu ərazisindəki 51 saylı Orta Məktəbin zirzəmisində yanğın baş verib.

Nəticədə 12 kvm. sahə döşəmə və partalar yanmış, tüstüdən zəhərlənmiş bir müəllimə və 3 şagird Təcili Tibbi Yardım Stansiyasında ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti