Xətaidəki yanğınla bağlı FHN-dən AÇIQLAMA + YENİLƏNİB

Xətaidəki yanğınla bağlı FHN-dən AÇIQLAMA + YENİLƏNİB
  07 Noyabr 2014    Oxunub:1644
Xətai metrosu yaxınlığında hündürmərtəbəli binada baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən AzVision.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı yanıb. Yanğın, yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb Yanğınsöndürənlər hadisə yerinə çatan zaman blokda qatı tüstülənmə olduğundan 14 nəfər bina sakinini, o cümlədən 6 nəfər azyaşlı uşaq təxliyə olunmuşdur.

***

10.26

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti