Polis maşını sərnişin avtobusu ilə toqquşdu

Polis maşını sərnişin avtobusu ilə toqquşdu
  06 Noyabr 2014    Oxunub:1464
Bakıda yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza Keykab Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Zaur Rzayevin idarə etdiyi BMW markalı avtomobillə sürücüsü məlum olmayan “Ford Transit” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişinlər - 1954-cü il təvəllüdlü Minarə Hacı qızı Səmədova, İlqar Canəli oğlu Həsənov, 1964-cü il təvəllüdlü Eldar Əhməd oğlu Səmədov və qardaşı, 1959-cu il təvəllüdlü Rəşad Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.


Teqlər:





Xəbər lenti