“Seriallar oğrunun yadına “daş salır” - Ekspert

“Seriallar oğrunun yadına “daş salır” - Ekspert
  06 Noyabr 2014    Oxunub:2103
“Ümumilikdə götürəndə bəzi normal seriallar var və onlara baxmaq mümkündür”.
Bunu AzVision.az-a açıqlamasında tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib. Ekspertin sözlərinə görə, bunlarla bərabər telekanallarda yayımlanan bəzi seriallar oğrunun yadına daş salmaqla məşğuldular:

“O fikirlərlə razılaşıram ki, bəzi seriallarda cəmiyyətə hansı həyat tərzini nümunə kimi göstərildiyi bəlli olmur. Kriminal düşüncə, Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan situasiyaların ekrana gətirilməsi süni dramaturji məqamlar yaratmaqdır və bu qəbul olunmazdır. Seriallar müəyyən bir dramaturji xətt, rejissor düşüncəsi və yaxşı ssenari tələb edir. Hələlik bizim gənc serial sənayemizin buna gücü çatmır. Bu işdə platformanı dəqiq seçmək, istiqaməti düz götürmək lazımdır. Bizim yaxşı ədəbi əsərlərimiz var. Onları müasir formada təqdim etmək olar”,-deyə Q.Məhərrəmli əlavə edib.

Xatırladaq ki, 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə ölkə telekanallarında yayımlanan serialların bir çoxunda narkomaniya, cəzaçəkmə müəssisələrindəki “vor zakon”lar və əxlaqsız yuvaların təbliğ olunduğunu deyib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti