Şamaxıya yağan qar can aldı - donaraq öldü

Şamaxıya yağan qar can aldı - donaraq öldü
  05 Noyabr 2014    Oxunub:1852
Qarlı-çovğunlu hava bir nəfərin ölümünə səbəb olub.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, iki gün öncə itkin düşən Şamaxı rayonunun Nağaraxana kənd sakini, 29 yaşlı Yevgeni Nikolay Petroviçin cəsədi tapılıb. Ailəsinin polisə verdiyi məlumata görə, mərhum 2 gün əvvəl evinə gələn qonağı yola salmaq üçün Şamaxıya getmiş və bir daha geri qayıtmamışdı.

Bildrilib ki, O, Şamaxıdan taksi vasitəsi ilə kəndə qayıdarkən Əngəxaran kəndinin yaxınlığında taksidən düşüb. Sonuncu dəfə ailəsinə telefonla məlumat verərək Əngəxaran kəndi yaxınlığında olduğunu bildirib. Sonra Nikolayla əlaqə kəsilib. Polis iki gündür ki, ərazidə axtarışı davam etdirirdi.

Göstərilən səylərə baxmayaraq onu sağ tapmaq mümkün olmayıb. Şamaxı rayon Polis Şöbəsindən verilən məlumata görə, Yevgeni Nikolayın cəsədi Cabanı kəndi yaxınlığında meşə massivindən tapılıb. İlkin məlumata görə, o, şaxtalı hava səbəbindən donaraq dünyasını dəyişib.

Faktla əqədar Şamaxı rayon Polis Bölməsində cinayət işi açılıb, araşdırma davam etdirilir.


Teqlər:





Xəbər lenti