30 nəfər həbs edilib - Ötən gün

30 nəfər həbs edilib - Ötən gün
  05 Noyabr 2014    Oxunub:1284
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.


Teqlər:





Xəbər lenti