Analar niyə doğuş zamanı ölür?

Analar niyə doğuş zamanı ölür?
  04 Noyabr 2014    Oxunub:2479
Azərbaycanda növbəti dəfə doğuş zamanı ana ölümü qeydə alınıb. Belə ki, ötən gün hadisə Quba Regional Perinatal Mərkəzində baş verib. Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır. Ümumiyyətlə son illərin statistikası ölkəmizdə doğuş zamanı ana və uşaq ölümünün artdığını göstərir. Həkimlər bir çox hallarda bunu analarda olan problemlərlə əlaqəli olduğunu deyirlər. Digər bir tərəfdən ölən analar hər biri il doğuşu yerinə yetirən qadınlar olmur. Onları bir çoxu ikinci və üçüncü övladını dünyaya gətirən zaman dünyasını dəyişir. Digər bir tərəfdən isə bu hallar daha çox regionlarda qeydə alınır.

Səhiyyə Nazirliyi bununla bağlı verdiyi rəsmi məlumatda qeyd edib ki, 2012-ci ildə 173 547 doğuş zamanı 26 ana ölümü baş verib. 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 25 ana ölümü faktı baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında bildirib ki, 2014-cü il başlayandan bu günə qədər 22 ana ölümü faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, Doğuşa Yardım Komissiyası hər bir ana ölümünü araşdırır:

“Doğuş zamanı orada iştirak edən bütün həkimlər həmin komissiyaya dəvət olunur. Onlarla dindirilir və birlikdə araşdırma aparılır”.

Doğuş zamanı ölən anaların daha çox rayonda olması məsələsinə gəlincə, A.Qədirli bildirib ki, araşdırmanın nəticələri göstərir ki, rayon yerlərində hamilə qadınlar vaxtında həkimlərə müraciət etmirlər:

“Söhbət burada patoloji ölümlərdən gedir. Həmçinin hamilə qadının hamiləliyi ilə bərabər başqa xəstəliyi müşahidə olunur. Başqa xəstəliklərdə ölümlərə səbəb olur”.


Tibb elmlər doktoru, professor Adil Qeybulla bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu gün hamiləliklərin 90 faizdən çoxu normadan kənara çıxır. Tibbi ekspertin sözlərinə görə, bu səbəbdən hamiləlik son nəticədə ölümlərə gətirib çıxarır:

“Bu əsas səbəblərdən biridir. Digər tərəfdən qadınların böyük əksəriyyəti hamiləlik vaxtı özlərini yoxlatmırlar. Bəzən böyrəyində ciddi bir xəstəlik olan qadına hamilə qalmaq olmaz. Hamilə qalır və hamiləliyin sonuna yaxın böyrək çatışmazlığı inkişaf edir. Belə hallarda olsa belə hamilələyin pozulmasına razı olmurlar. Əmliyyatlar zamanı isə ciddə fəsadlar olur. Həmçinin xəstələrin həkimə gec-gec müraciət etməsi, adekvat tibbi yardımın göstərilməməsi kimi problemlərdə var. Bütün bunlar kompleks şəkildə ana və uşaq ölümlərinə gətirib çıxarır”.

A.Qeybulla bildirib ki, qadınlar hamilə qalmamışdan öncə həkimlərə müraciət etməlidir:

“Hər şeyi dəqiqləşdirməlidirlər. Bu cür müraciət etsələr sonra baş verən fəsadlar az olar. Bu gündə hər bir ana və uşaq ölümü ayrılıqda araşdırılmalıdır. Bunun səbəbləri araşdırılmalı və bu səbəblər əsasında qərar qəbul edilməlidir. Hansı səbəblərdən bu hallar baş verirsə, onları aradanq aldırmaq üçün işlər görülməlidir. Ümumi qərar qəbul olunmalıdır və bunu azaldılması üçün işlər görülməlidir”.

Anar Kəlbiyev





Teqlər:  





Xəbər lenti