Bakıda fəhlə iş yoldaşını qətlə yetirib

  28 Oktyabr 2014    Oxunub : 726
Bakıda fəhlə iş yoldaşını qətlə yetirib
Bakıda qətl törədilib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Aşıq Ələsgər küçəsində yerləşən çörək sexinin qarşısında qeydə alınıb. Çörək sexində fəhlə işləyən Elşad Kərimov iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin motivi hələlik məlum deyil.

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Teqlər: