TQDK-dan bakalavrlara müraciət

TQDK-dan bakalavrlara müraciət
  02 May 2013    Oxunub:1356
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Turizm İnstitutunun (ATİ) “Turizm işi” ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlara müraciət ünvanlayıb.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda, ATİ-nin müraciəti əsasında 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak edərək müsabiqə şərtlərini ödəmiş və imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların yalnız müəyyən şərtləri ödədikdən sonra müvafiq ixtisas üzrə keçirilən müsabiqədə iştirak edə biləcəyi deyilir.

ATİ və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bağlanmış müqavilə şərtləri əsasında Avstriya-Azərbaycan Turizm Proqramı çərçivəsində cari ildə imtahanının birinci mərhələsində iştirak edərək müsabiqə şərtlərini ödəmiş və ikinci mərhələyə buraxılmış bakalavrlardan IELTS-in 6.0 və daha yuxarı səviyyəsi üzrə sertifikata malik olanlarla yanaşı, cari ildə magistraturaya qəbul imtahanının birinci mərhələsində xarici dil kimi ingilis dilindən imtahan verərək ən azı 15 bal toplayanlar və bakalavriat səviyyəsində ixtisaslaşma dili ingilis dili olanlar da ikinci mərhələdə 22 №-li proqram üzrə imtahan verib ikinci mərhələnin müsabiqə şərtlərini ödədikləri halda, beynəlxalq layihə üzrə mütəxəssis hazırlanan “Turizm işi” ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər.


Teqlər:





Xəbər lenti