FHN: 12 nəfər təxliyyə edildi

FHN: 12 nəfər təxliyyə edildi
  25 Oktyabr 2014    Oxunub:1221
Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində köçkünlərin yaşadığı binada baş verən yanğınla bağlı rəsmi məlumat açıqlayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Nizami rayonunda ümumi sahəsi 1040 kv.m olan beşmərtəbəli inzibati binanın dam örtüyü 850 kv.m sahədə yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti