Gəncədə yeni keçid açıldı

Gəncədə yeni keçid açıldı
  24 Oktyabr 2014    Oxunub:2107
Gəncədə Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısındakı keçidin açılış mərasimi keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev ölkə başcısı cənab İlham Əliyevin bütün vətəndaşların, o cümlədən Gəncəyə və gəncəlilərə böyük qayğısından, oktyabr ayının 18-də Gəncəyə 13-cü səfəri çərçivəsində yeni, mühüm sosial-mədəni obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakından söhbət açıb.

Bildirib ki, bu yaxınlarda müasir standartlara uyğun təmir edilən, görkəmli xanım şairə Məhsəti Gəncəvinn adını daşıyan keçid istifadəyə verildi. Bu gün isə görkəmli şair, tanınmış maarifçi M. Ş. Vazeh adına keçidin açılışıdır.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, dosent Yusif Yusifəliyev, məhəllə sakini Fazil Nağıyev tələbə Təranə Hüseynova və başqaları göstərilən qayğıya görə Prezdent İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.


Teqlər:





Xəbər lenti