ARDNŞ-dən partlayışla bağlı açıqlama

ARDNŞ-dən partlayışla bağlı açıqlama
  23 Oktyabr 2014    Oxunub:1866
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft quyusunda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
ARDNŞ-dən AzVision.az-a verilən məlumata görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib.

Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib. Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar.

Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti