Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  23 Oktyabr 2014    Oxunub:1133
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə və axşam 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti