Bu gün və sabah su olmayacaq

  02 May 2013    Oxunub : 358
Bu gün və sabah su olmayacaq
Təmir işləri ilə əlaqədar cari ilin 2-3 may tarixlərində Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.
"Azərsu" ASC-dən daxil olan məlumata görə, təmir işləri Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı nasos stansiyasında aparılır.

"Azərsu" ASC yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

AzVision.az

Teqlər: