Bakıda müğənni cinayət törətdi

Bakıda müğənni cinayət törətdi
  20 Oktyabr 2014    Oxunub:2657
Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, Z.Bünyadov prospektində yerləşən kafedə mügənni Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə gecə saat 2 radələrində qeydə alınıb. Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".

Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, onu təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".

Yaralını dostları xəstəxanaya çatdırıblar.

Faktla bağlı CM -nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti