BDU-nun gizli cinayət ocağı - FOTO

BDU-nun gizli cinayət ocağı - FOTO
  17 Oktyabr 2014    Oxunub:11065
Bakı Dövlət Universitetinin tələbə şəhərciyi olsa da daha çox məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların ərazisi indi xarabalığa çevrilib. Yataqxanada məskunlaşan məcburi köçkün ailələrinin köçürülmə prosesindən sonra abadlıq işlərinin görüləcəyi, yeni tələbə şəhərciyinin salınacağı bildirilsə də hələ buna aid konkret addım atılmayıb.
Boş qalmış yataqxanalar xüsusilə narkomanlar, alkoqoliklər üçün əlverişli məkana çevrilib. Xüsusilə gecə saatlarında bu ərazidən keçmək təhlükəli olur.

BDU-dan verilən məlumata görə, isə yataqxanaların ərazisi hələ çox xaraba qalacaq. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, universitetin tələbə korpusu təhsil ocağının 100 illiyinə, yəni 2019-cu ilə kimi tikiləcək. Yəni hələ bundan sonra 5 il də BDU-nun tələbə şəhərciyində "bayquş ulayacaq".

Burda ilk olaraq belə bir fikir ağıla gəlir: "əgər 5 il vaxt tələb olunacaqdısa onda niyə yataqxanalar indidən boşaldılır".

Bu gələcək planlardan bir anlıq uzaqlaşıb hazırdakı vəziyyətə baxsaq, kompleksin hazır olacağı müddətə qədər sökük ərazidə hansı təhlükəli hadisələrin baş verəcəyini təsəvvür etmək də çətin olmaz.

Onu qeyd edək ki, bir zamanlar burada 730 məcburi köçkün ailəsi məskunlaşmışdı. Artıq onlar Müşfiqabad qəsəbəsindəki yeni şəhərciyə köçürülüblər. Yataqxana ətrafında fəaliyyət göstərən 500-ə qədər dükan, bərbərxana, ayaqqabı təmiri üçün iaşə obyektləri də söküntü zamanı ləğv edilib.

BDU-nun tələbə şəhərciyinin ümumi sahəsi 32445 kv. metrdir.Tikinti üçün nəzərdə tutulmuş sahə isə 13350 kv. metr. 19095 kv metr ərazidə abadlıq işlərinin aparılacağı deyilsə də, görünür 5 min tələbə hələ uzun müddət yataqxana problemindən əziyyət çəkəcək və yeni yaradılacaq kompleksin üzünə h əsrət qalacaq.(Ans)


Teqlər:





Xəbər lenti