Bakıda qəza - xanım sürücü öldü

Bakıda qəza - xanım sürücü öldü
  17 Oktyabr 2014    Oxunub:1616
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Nazlifan” və “Jeep” markalı iki minik avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “Nazlifan” markalı minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü Abbasova Sevil Hümbət qızı isə hadisə yerində vəfat edib.

Xilasedicilər sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:15-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti