Polad Bülbüloğlu `İlin səfiri` seçildi

Polad Bülbüloğlu `İlin səfiri` seçildi
  17 Oktyabr 2014    Oxunub:2426
Bu gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində növbəti tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbül oğlu, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun direktoru Şamil Tağıyev, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev, Media nümayəndəli iştirak edirdilər.

Tədbiri giriş sözü ilə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov açaraq təşkilatın həyata keçirdiyi layihələr haqqında məlumat verdi: “Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin təbliği məqsədi ilə başladığımız beynəlxalq layihə çərçivəsində müxtəlif sahələr üzrə sorğular həyata keçiririk. Bu sorğulardan biri “İLİN SƏFİRİ”nin seçilməsi məqsədi ilə aparılır. Budəfəki sorğumuzun qalibi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqaladə və Səlahiyyətli səfiri Polad Bülbüloğludur.

Bir məqama xüsusi olaraq toxunmaq istəyirəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq Rusiyada yaşayan gənclərimiz arasında ciddi təşkilatlanma işi gedib. Öz növbəmdə bizə göstərilən dəstəyə görə Leyla xanıma xüsusi təşəkkürümü bildirirəm”

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbül oğlu çıxış edərək Rusiya-Azərbaycan əlaqələrinin tarixi köklərindən danışdı: “Rusiya-Azərbaycan əlaqələri hər sahədə yüksələn xətt üzrə inkişaf etməkdədir. Çünki bu münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda sağlam gəncliyin yetişməsi, təşkilatlanması çox önəmlidir. Rusiyada bu iş Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla reallaşmaqdadır. Mən Sizlərin bizim fəaliyyətimizə verdiyiniz qiyməti yüksək qiymətləndirir və “İLİN SƏFİRİ” adına layiq görülməyimdə payı olan, sorğuda iştirak edən hər kəsə təşəkkür edirəm.”

Sonda mükafat Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqaladə və Səlahiyyətli səfiri Polad Bülbül oğluna tədim olundu.


Teqlər:  





Xəbər lenti