Sabah “yaz havası“ olacaq

Sabah “yaz havası“ olacaq
  16 Oktyabr 2014    Oxunub:1309
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam və gecə bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti