“3 aydan bir müayinədən keçirəm” – Rəsulzadənin nəvəsi

“3 aydan bir müayinədən keçirəm” – Rəsulzadənin nəvəsi
  15 Oktyabr 2014    Oxunub:1512
AzVision.az bir müddət öncə Almaniyada böyrəyindən əməliyyat olunan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə əlaqə saxlayıb, səhhəti ilə maraqlanıb.

R. Rəsulzadə bildirib ki, hər 3 aydan bir Bakıda müayinə olunur:

“Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Hələki sağlamlığım yerindədir, 3 aydan bir müayinədən keçirəm. Bu həftənin 5-ci günü müayinə üçün yenə həkimə gedəcəm. Universitetdəki işimdən də qalmıram. Səhhətim gedib -gəlməyə imkan verir” –deyə R. Rəsulzadə qeyd edib .

Xatırladaq ki, ağır xəsətlikdən əziyyət çəkən Rəis Rəsulzadə iyul ayında prezident İlham Əliyevin göstərişi ilə əməliyyat olunmaq üçün Almaniyanın “Şarite” hospitalına göndərilmişdi.

Şəhanə Rəhimli


Teqlər:





Xəbər lenti