Emin Milli zebr olub, qəfəsə girdi – VİDEO

Emin Milli zebr olub, qəfəsə girdi – VİDEO
  15 Oktyabr 2014    Oxunub:9640
Meydan TV-nin əsas millərindən biri olan Emin Milli Praqada faşist əsir düşərgələrinin paltarı sayılan zolaqlı pijama geyinərək, qəfəsə girib. Niyə? Formal olaraq guya Azərbaycanda “siyasi məhbus” məsələsinə Avropada diqqəti yönəltmək üçün. Amma bu, gerçək səbəb ola bilərmi?

Onsuz da Emin Milli və onun kimi bir neçə nəfər gecə-gündüz durmadan Azərbaycanda “siyasi məhbus”ların olması haqda Avropaya car çəkməkdədirlər. Daha əlavə olaraq, bir də zolaqlı pijama geyinib, qəfəsə girmək nəyə lazım idi?

Bunun nəsə başqa bir səbəbi olmalıdır. Budur, bizim versiyalar:

1) Emin Milli adının “milli” hissəsini doğrultmağa çalışıb və ona görə də milli-zolaqlı paltar geyinib. Yəni bu yolla onun antimilli ünsür olduğunu deyənlərə sübut etmək istəyib ki, “siz yanılırsınız, baxın, mən həqiqətən milliyəm, dama-dama deyiləm”.

2) Emin Milli keçmiş həyatında Praqa heyvanxanasında zebra olub. Və qəfildən karması güc gəlib, adam əyninə zebra paltarı keçirərək, girib qəfəsə. Heyvanxanada olduğu kimi.

3) Emin Milli şəbih çıxarmaq istəyib. Adamın canında aktyorluq var. Və “Zolaqlı pijamalı oğlan” filminə baxıb, istəyib ki, oradakı kimi əsir düşərgəsini canlandırsın, durub düşüb ortaya.

Bu 3 versiyadan hansı sizə daha xoş gəlirsə, onu da qəbul edə bilərsiniz. Amma bir sual qalır: bəs Praqanın meri niyə Emin Milliyə qoşulub? Cavab sadədir: çünki o da elə Emin ağıldadır!

Qeyd edək ki, Xədicə İsmayıl da qəfəsə girməli imiş, amma son anda planlar dəyişib. Niyə? Yenə bir neçə versiya var:

1) Yəqin hesab ediblər ki, hər halda, Xədicənin dal çevirmə aksiyası daha effektivdir, gözəgəlimlidir. Və onun dalınca belə duzsuz aksiyaya qatılması lazım deyil. Çünki hərə öz parametrlərinə uyğun işlə uğraşmalıdır.

2) Ola bilər ki, Xədicənin əyninə uyğun zebr paltarı tapılmayıb.

Tariyel Həsənov
AzVision.az





Teqlər:  





Xəbər lenti