`Mən əxlaqsızlıq yuvası açmamışam` - Aygün Kazımova (VİDEO)

`Mən əxlaqsızlıq yuvası açmamışam` - Aygün Kazımova (VİDEO)
  15 Oktyabr 2014    Oxunub:9039
Xalq artisti Aygün Kazımova Türkiyədəki evində əxlaqsızlıq yuvası açılması haqda xəbərə münasibət bildirib.

Qeyd edək ki, bu barədə məlumatı telejurnalist Aytən Səfərova ANS TV-də aparıcılığını etdiyi "Salam Azərbaycan" verilişində yayıb.

İddialara görə, Aygün Kazımovanın Türkiyədəki evində stilist Anar Malikin model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilir.

Məsələylə bağlı xalq artisti Axşam.az saytına açıqlama verib:

"Aytən Səfərovanın efirdə təqdim etdiyi qəzet, foto, informasiya illər əvvəl çıxıb. Həmin yazı modelyer Romazo ilə bağlı idi. Mənim adımın burada hallanması yanlışdır. Çünki bu, dezinformasiyadır. Belə bir şey olmayıb, ola da bilməz. Haqqımda bu cür xoşagəlməz xəbərlərin yayılması mənim üçün müsbət hal deyil. Məni sevməyənlər belə mənfi məlumatlar yayırlar. Aytən sabah efirdə məsələyə aydın gətirəcək, köhnə bir xəbəri təqdim etdiyini və onun yalan məlumat olduğunu deyəcək. Belə bir xəbərə heç kim normal yanaşmır, eləcə də mən”.



AzVision.az


Teqlər:  





Xəbər lenti