Biləsuvarda insident: iki qardaş güllələndi

Biləsuvarda insident: iki qardaş güllələndi
  09 Oktyabr 2014    Oxunub:1846
Biləsuvarda silahlı insident baş verib. AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Xırmandanlı kəndində kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram güllələniblər. Hər iki şəxs tüfəngdən açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya gətirilib.

Hadisəni münaqişə zəminində törədən kənd sakini Fərhad İsmayılov könüllü olaraq Biləsuvar rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "Tula" markalı ov tüfəngini təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti