Bakıda mənzildə yanğın, xəsarət alanlar var

  30 Aprel 2013    Oxunub : 463
Bakıda mənzildə yanğın, xəsarət alanlar var
Bakıda yaşayış evində yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: